AZ

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Bakı, 30 may, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, F qrupunda yer alan yığma Fransa ilə qarşılaşıb.

Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Avstriyanı 1:0, İtaliyanı isə 3:0 hesabı ilə üstələyib. Bununla da xallarının sayını 9-a çatdıran Azərbaycan millisi qrup lideri olub.

Seçilən
13
3
azertag.az

10Mənbələr