AZ

“Santos” Neymarın vəziyyəti ilə bağlı açıqlama yayıb

“Santos” klubu Braziliya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə çağırılan hücumçu Neymarın vəziyyəti ilə bağlı rəsmi açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, klub futbolçuda əvvəlcə aşkar olunan şişkinlik barədə məlumatı təsdiqləyib, lakin Braziliya millisinin tibbi heyəti zədənin daha ciddi xarakter daşıdığını müəyyən edib. Bu səbəbdən Neymarın mundialın ilk oyununu buraxmaq ehtimalı yaranıb.

“Santos”un tibbi departamentinin açıqlamasında bildirilir ki, futbolçunun bütün tibbi müayinələrinin nəticələri Braziliya Futbol Konfederasiyasına (CBF) vaxtında təqdim olunub.

Qeyd olunub ki, iki həftəlik bərpa müddəti 17-dən hesablanır və 31 may tarixində başa çatır. Bununla belə, bərpa prosesi fərdi xüsusiyyətlərdən və komandanın ehtiyaclarından asılı olaraq dəyişə bilər.

Bildirilib ki, Braziliya millisinin tibbi heyətində “Santos”un mütəxəssisləri də yer alır və onlar Neymarın bərpa prosesini uzun illərdir izləyirlər.

Klubun tibbi heyəti Braziliya millisinin həkimlərinin müəyyən etdiyi müalicə planı ilə razıdır və futbolçunun tam sağalacağına ümid edir.

“Santos”dan o da vurğulanıb ki, Neymarın fiziki vəziyyəti yaxından izlənilir və onun dünya çempionatına hazır olacağına inam var.

Seçilən
37
90deqiqe.az

1Mənbələr