AZ

“Qarabağ” rəhbərliyindən Qurban Qurbanovla bağlı MÜHÜM QƏRAR Klubdan gedir?

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qurban Qurbanovun axır vaxtlar "Qarabağ" klubundan ayrılacağı ilə bağlı barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyulub.

"Yeni Sabah" Sportinfo.az-a istinadən xəbər verir ki, adı "Beşiktaş" da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.

Qeyd edilib ki, o, qarşıdakı üç ili də Ağdam klubunda keçirəcək. pizza hut

2008-ci ildən "köhlən atlar"ı çalışdıran təcrübəli mütəxəssis klubu ilə 2029-cu ilədək müqavilə imzalayıb. Yeni kontrakta əsasən, "Qarabağ" Qurbanovun əməkhaqqısını da artırıb.

Xatırladaq ki, Q.Qurbanov "Qarabağ"ı 13 dəfə ölkə çempionu edib, 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Bu mövsüm ikinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edən kollektiv pley-off mərhələsinə qədər yol gedib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
5
yenisabah.az

7Mənbələr