AZ

"Finkapital" BOKT ötən ili zərərlə başa vurub

"Finkapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 56 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 146 min manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Finkapital"ın aktivləri 4,583 milyon manat olub ki, bu da illik müqayisədə 30,8 % çoxdur. Bunun 3,872 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 28,9 % böyüyüb.

Hesabat dövründə "Finkapital"ın öhdəlikləri 31,6 % artaraq 3,374 milyon manata, balans kapitalı isə 28,6 % artaraq 1,209 milyon manata, o cümlədən nizamnamə kapitalı 59,6 % artaraq 870 min manata çatıb.

Xatırladaq ki, "Finkapital" 2021-ci ildə yaradılıb.

Seçilən
22
far.az

1Mənbələr