AZ

Millinin sabiq oyunçusu saxlanıldı - Narkotikə görə

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb.

Sportinfo.az “The Atletic”-ə istinadən xəbər verir ki, “Feyenoord”un yarımmüdafiəçisi narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinib.

Futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb.

Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir. Amma o, tibbi müayinədən keçməkdən imtina edib.

Sterlinq daha sonra girov müqabilində sərbəst buraxılıb.

31 yaşlı futbolçu bu ilin fevralında “Feyenoord”a keçib. O, Niderland klubunun heyətində 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.. Sterlinq daha əvvəl “Arsenal”, “Mançester Siti”, “Liverpul”da çıxış edib.

Seçilən
23
sportinfo.az

1Mənbələr