AZ

İnsanın son günlərini yaşadığını göstərən 5 əlamət Alimlər açıqladı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Milli Qocalma İnstitutu və Milli Səhiyyə İnstitutunun alimləri yaşlı və ya sağalmaz xəstəlikdən əziyyət çəkən şəxslərin son günlərində müşahidə olunan əsas simptomları açıqlayıblar.Demokrat.az xəbər verir ki, "The Daily Express" nəşrində dərc olunan tədqiqat nəticələrinə görə, orqanizmin fəaliyyətinin dayandığını göstərən ilkin göstəricilər mövcuddur.Tədqiqatda qeyd olunan əsas kliniki əlamətlər aşağıdakılardır:Tənfəssün çətinləşməsi (Hava aclığı): Ən çox rast gəlinən simptomlardan biridir. İnsan nəfəs almaqda ciddi çətinlik çəkir və xırıltılar müşahidə olunur.Həddindən artıq yorğunluq və yuxululuq: Orqanizmdə enerji resursları tükəndiyi üçün şəxs günün böyük hissəsini dərin yuxuda keçirir və ətraf mühitə reaksiya vermir İştahın tamamilə itməsi: Maddələr mübadiləsi zəiflədiyi üçün xəstə qidadan və sudan tamamilə imtina edir Zehni qarışıqlıq (Delirium): Zaman və məkan anlayışının itməsi, yaxın insanları tanımaqda çətinlik çəkmək və hallüsinasiyalar bədənin ümumi zəifləməsinin göstəricisidirBədən temperaturunun və qan təzyiqinin düşməsi: Əl və ayaqlarda qan dövranının zəifləməsi səbəbindən dərinin rəngi dəyişir və bədən soyuyur.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
demokrat.az

2Mənbələr