AZ

"Muhteşem Yüzyıl"ın aktyoru getdiyi məkandan qovuldu - VİDEO

Türkiyəli məşhur aktyor getdiyi məkandan qovulub.
 
Ölkə.Az "Haber Global"a istinadla xəbər verir ki, hadisə İstanbulun Kadıköy ərazisindəki ictimai iaşə obyektlərindən birində yaşanıb.
 
Obyektdə bir qrup "günahkarlar çölə" şüarı səsləndirərək aktyorun ərazini tərk etməsini tələb ediblər.
 
Hadisə anında çəkilən görüntülər qısa zamanda sosial şəbəkələrdə viral olub.
 
Buna səbəb kimi isə aktyorun illər əvvəl sevgilisi ilə yaşadığı mübahisə göstərilir. Həmin dövrdə O.Güvənin sevgilisinə şiddət tətbiq etdiyi bildirilir.
Məhkəmə sözügedən işə görə aktyoru 45 günlük azadlıqdan məhrum etmişdi.
 
Aktyorun məkandan qovulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Etiraz edənləri haqsız gesab edənlərlə yanaşı, onun cəzasını çəkdiyini deyərək, bu davranışın yersiz olduğunu yazanlar da var.
 
Qeyd edək ki, O.Güvən çox sayda film və serialda rol alsa da, ən yaddaqalan onun "Muhteşem Yüzyıl" serialında canlandırdığı Rüstəm Paşa obrazıdır.
 
Billurə
Seçilən
17
1
olke.az

2Mənbələr