AZ

Ukrayna ön cəbhədə insanabənzər döyüş robotlarını sınaqdan keçirib

İnsanabənzər robotların təhlükəli ərazilərdə yük daşınması və logistik tapşırıqlar üçün istifadə oluna bildiyi bildirilib...

Poliqon xəbər verir ki, CNBC telekanalı Tramp ailəsi ilə əlaqələndirilən Foundation Future Industries şirkətinin Ukraynada “döyüş əməliyyatları zonasında” insanabənzər Phantom MK-1 robotlarının sınaqlarını həyata keçirdiyini yazıb.

Məlumata görə, sınaqlar ABŞ-nin hökumət strukturlarının dəstəyi və Ukrayna rəsmiləri ilə əməkdaşlıq çərçivəsində keçirilib. Robotlardan cəbhə xəttinə yaxın təhlükəli ərazilərdə logistika işləri və müxtəlif yüklərin daşınması məqsədilə istifadə olunub. Şirkətin rəhbəri Sankaet Patxak bildirib ki, sınaqlar robotların hərbçilər üçün təhlükə yarada biləcək təchizat çatdırılması tapşırıqlarını yerinə yetirə bilmə imkanını nümayiş etdirib.

“Robotlar təhlükəli bölgələrdə təchizatın daşınması kimi hərbçilər üçün risk yarada biləcək vəzifələri yerinə yetirmək potensialını göstərib”, deyə Sankaet Patxak bildirib.

CNBC telekanalının məlumatına əsasən, Phantom MK-1 modelinin hazırkı versiyası təxminən 20 kiloqram ağırlığında yük daşımaq imkanına malikdir. Bununla yanaşı, robotların suya qarşı yetərli müdafiə sisteminin olmadığı və avtonom işləmə müddətinin məhdud qaldığı qeyd olunub.

Şirkətin bu il Ukraynaya Phantom 2 adlı yeni modeli göndərməyi planlaşdırdığı bildirilib. Yeni versiyanın daha yüksək yükdaşıma qabiliyyəti və əlavə texnoloji imkanlarla təchiz ediləcəyi vurğulanıb.

CNBC telekanalı yazıb ki, ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp şirkətin müşavirlərindən birinə çevrilib. Bildirilir ki, o, daha əvvəl startapa investor qismində qoşulub.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr