AZ

Tramp Vensin növbəti prezident olmasına şübhə ilə yanaşıb

ABŞ prezidentinin vitse-prezidentin siyasi gələcəyi ilə bağlı tərəddüdlərinin münasibətlərdə gərginliyi artırdığı bildirilib...

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin gələcəkdə prezident postunda onun siyasi varisi ola biləcəyinə tam əmin deyil.

Poliqon xəbər verir ki, bu barədə The New York Times nəşri mənbələrə istinadən yazıb. 

Nəşrin məlumatına görə, Tramp özündən sonrakı siyasi lider məsələsini hələ həll olunmamış hesab edir və bu vəziyyət onun vitse-prezidentlə münasibətlərinə əlavə gərginlik gətirib. Bildirilir ki, prezident son dövrlərdə köməkçiləri və siyasi müttəfiqləri ilə söhbətlər zamanı tez-tez Vens barədə sual səsləndirib və onun siyasi mübarizəni sona qədər aparmaq üçün lazım olan keyfiyyətlərə sahib olub-olmadığını müzakirə edib.

“Cey Di Vensdə sona qədər getmək üçün lazım olan hər şey varmı?”, deyə Tramp yaxın ətrafı ilə söhbətlərdə sual ünvanlayıb.

The New York Times nəşrinin yazdığına görə, Tramp bu suala çox vaxt özü cavab verib və vitse-prezidentin imkanları barədə tam əmin olmadığını bildirib.

Bu məlumatlar fonunda ABŞ-də Respublikaçılar Partiyasının gələcək liderliyi və 2028-ci il prezident seçkilərində mümkün namizədlərlə bağlı müzakirələrin daha da aktuallaşdığı qeyd olunur.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr