30 may şənbə günü, saat 12:00 radələrində (Bakı vaxtı ilə təxminən 13:00) Rusiya qoşunları Zaporojyedə mülki dəmir yolu infrastrukturuna və vaqon parkına hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya" (Ukrayna Dəmir Yolları) məlumat yayıb.
Zərbə nəticəsində elektrovoz və teplovoza ziyan dəyib.
Hücum zamanı bir maşinist həlak olub, daha iki dəmir yolu əməkdaşı isə xəsarət alıb. Yaralılara bütün zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, ötən sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə ümumilikdə 911 zərbə endirib. Hücumlar nəticəsində yaşayış binalarına, avtomobillərə və infrastruktur obyektlərinə çoxsaylı ziyan dəydiyi qeydə alınıb.
Musavat.com