Son günlər sosial şəbəkələrdə və bəzi xarici platformalarda Azərbaycanın dövlətçilik ənənələrinə sadiq olan tanınmış simalara qarşı koordinasiyalı şəkildə qarayaxma kampaniyaları aparılır.
Bu qara piar təşəbbüslərinin əsas hədəflərindən biri də uzun illərdir dövlətə sədaqəti və prinsipiallığı ilə seçilən Adil Əliyevdir. Müşahidələr göstərir ki, xaricdə məskunlaşan və özlərini “müxalifətçi” kimi təqdim edən bəzi destruktiv elementlər, əslində, Azərbaycanın daxili sabitliyini hədəf alan qüvvələrin əlində bir alətə çevriliblər. Bəs, Adil Əliyevə qarşı aparılan bu böhtan kampaniyasının pərdəarxası məqamları nələrdir?
Bu tip kampaniyalar təsadüfi xarakter daşımır. Onların arxasında duran siyasi mərkəzlər bir neçə hədəfə çatmağa çalışırlar.
Birincisi dövlətçiliyə sadiq kadrları gözdən salmaq,inincisi Adil Əliyev kimi öz fəaliyyəti ilə dövlət maraqlarını hər şeydən üstün tutan şəxslərin nüfuzuna zərbə vurmaq, onların cəmiyyət arasındakı etimadını sarsıtmaq.
Digər bir məqam isə ictimai rəydə çaşqınlıq yaratmaq və böhtan vasitəsilə ictimaiyyətdə dövlət məmurlarına qarşı qərəzli münasibət formalaşdırmaq.
Qeyd etmək yerinə düşər ki, idarə olunan “qara piar” xaricdəki mərkəzlərdən idarə olunan bu şəxslər, sifariş əsasında hərəkət edərək, məqsədyönlü şəkildə şəxsi təhqirlərə və böhtana əl atırlar.
Adil Əliyevin son açıqlaması bu qarayaxma kampaniyalarına qarşı ən tutarlı cavabdır. O, təhqiri və şər-böhtanı fəaliyyət üsulu seçənlərin əslində öz səviyyələrini və daxili mahiyyətlərini ortaya qoyduqlarını vurğulayıb. Siyasətçi haqlı olaraq bildirir ki, özünü bu insanların səviyyəsinə endirmək, onların yaratdığı çirkin polemikaya qoşulmaq yolverilməzdir.
Onun cavabı çox sadə və konkret prinsiplərə söykənir:
Adil Əliyevin hədəf seçilməsi onun dövlətçilik mövqeyinin nə qədər güclü olduğunu bir daha təsdiqləyir. Xarici dairələr və onların daxildəki uzantıları bilir ki, dövlətinə, Prezidentinə və milli-mənəvi dəyərlərə sadiq olan şəxslər onların dağıdıcı fəaliyyəti üçün ciddi maneədir.
Qeyd etməliyik ki, o, heç bir şərtlər altında milli maraqlara zidd addımlara göz yummur.
Cəmiyyət arasında sahib olduğu hörmət, şər-böhtan kampaniyası aparanların ən çox narahat olduğu amillərdəndir.
Tarix boyu yalan və böhtan heç vaxt həqiqətin yerini tuta bilməyib. Adil Əliyevə qarşı aparılan bu qara piar kampaniyası nəticə etibarilə iflasa məhkumdur. Cəmiyyətimiz kimin dövlət, kimin isə qaranlıq dairələrin maraqları üçün çalışdığını çox yaxşı bilir.
Bu tip çirkin oyunlar, əksinə, cəmiyyətin dövlətçilik ətrafında daha sıx birləşməsinə və milli maraqlarımıza zidd olan bu qüvvələrin kimliyinin daha aydın görünməsinə xidmət edir.
Vətəninfo.az