AZ

“Yol bərbad vəziyyətdədir, məhəlləyə avtobus da, taksi də gəlmir” Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Abşeron rayonu Çingiz Mustafayev küçəsinin sakinləri iddia edirlər ki, yolda aparılan qazıntı işləri bir neçə gündür yarımçıq vəziyyətdə saxlanılıb və nəticədə isə yolda çökmələr və dərin çalalar yaranıb.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin sözlərinə görə, yolun yararsız hala düşməsi səbəbindən 217 nömrəli marşrut avtobusu küçəyə daxil ola bilmir.

Qeyd ediblər ki, mövcud problem xüsusilə yaşlılar, məktəblilər və işə gedib-gələn şəxslər üçün ciddi çətinlik yaradıb.

“Yol bərbad vəziyyətdədir. Bilmirik ki, dərdimizi kimə deyək. Avtobusun bura gəlməməsi sırf yolun vəziyyəti ilə bağlıdır. Hətta taksilər də məhəlləyə daxil ola bilmirlər”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.

“Bir dəfə asfalt çəkirlər 5 gün sonra dağılır. Burada suyun günahı yoxdur, yolu çəkənin günahıdır. Yolu düzgün çəksələr su axıb gedər”, – deyə digər sakin əlavə edib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemdən məlumatlıdırlar.

Qurumun açıqlamasına görə, intensiv yağışlardan sonra yol örtüyünün yuyulması səbəbindən ərazidə bu cür vəziyyət yaranıb.

Daha ətraflı “Baku TV”nin süjetində:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
11
qafqazinfo.az

10Mənbələr