Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin şimalında beynəlxalq ödənişli avtomobil magistralının tikintisinin nəzərdən keçirildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Paşinyan Tavuş vilayətinin Açacur kəndində seçicilərlə görüşü zamanı məlumat verib.
Onun sözlərinə görə, yeni marşrut Tavuş, Lori və Şirak vilayətlərindən keçə bilər və Asiya ilə Avropa arasında yükdaşımaların müddətini və xərclərini azaltmağa xidmət edəcək.
Paşinyan bildirib ki, layihə çərçivəsində Fioletovo–İcevan dəmir yolu xəttinin tikintisi də nəzərdə tutulur. Bu, Ermənistanın şərq və qərb hissələri arasında fasiləsiz dəmir yolu əlaqəsi yaratmağa imkan verəcək.
Baş nazir qeyd edib ki, avtomobil və dəmir yolu layihələrinin həyata keçirilməsi üçün yüz milyonlarla dollar investisiya tələb olunur. Onun sözlərinə görə, investorlar layihənin iqtisadi səmərəliliyi təsdiqlənərsə, maliyyə yatırmağa hazırdırlar.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.