Bildirilib ki, müharibə əlillərinin 13 972 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Onlar ayda təxminən 472 manat Prezident təqaüdü alırlar.
2 813 nəfər isə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir ki, ayda təxminən 475 manat Prezident təqaüdü alırlar.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 396 nəfərdir ki, onlara da ayda 499 manat təqaüd ödənilir.