Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Gəncədə də fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə leysan yağışla müşahidə olunan güclü külək nəticəsində şəhərin müxtəlif ərazilərində bir neçə iri gövdəli ağaclar qırılıb.
Gəncə şəhər İcra hakimiyyəti MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən küləyin törətdiyi fəsadlar aradan qaldırılır.
Birlikdən bildirilib ki, səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası və canlı qüvvəsi cəlb edilərək qırılan ağac budaqları hadisə yerindən yığışdırılıb.
Aşma ehtimalı olan ağaclar zərərsizləşdirilib, təhlükə yaradan budaqlar kəsilib.
Hal-hazırda MKTİB-nin canlı qüvvə və texnikası təhlükə yaradan ağacların budanma işlərini davam etdirirlər.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta