AZ

"Mançester Yunayted" "Portu"nun ulduzuna elçi düşüb

"Mançester Yunayted" klubu "Portu"nun 20 yaşlı istedadlı vingeri Vilyam Qomesi transfer siyahısına daxil edib.

Fanat.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, gənc braziliyalı futbolçunun çıxışını "Arsenal", "Nyukasl" və "Roma" kimi digər Avropa klubları da yaxından təqib edir.

Lakin "Portu" rəhbərliyi transferi çətinə salaraq maraqlanan klublara oyunçunun müqaviləsində yer alan 80 milyon avroluq sərbəstqalma bəndini göstərir.

Hələlik bu transfer üçün rəsmi bir təklif irəli sürülməyib.

Seçilən
14
fanat.az

1Mənbələr