AZ

Livanın Baş naziri: İsrail ölkəmizi məhv etmək siyasəti yürüdür

BAKI, 30 may. TELEQRAF

Livan hökuməti İsrailin təcavüzünə son qoymaq və işğalçı qüvvələri ölkədən çıxarmaq əzmindədir.

Teleqraf xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam bildirib.

"Şahid olduğumuz şeylər sadəcə işğala, ərazi genişləndirilməsinə bənzəyir. İsrail təkcə suverenliyimizi pozmayıb, həm də ölkəmizə qarşı məhvetmə siyasəti yürüdür. İsrail ordusunun hərəkətlərinə baxmayaraq, 2-3 iyun tarixlərində Vaşinqtonda keçiriləcək ikitərəfli danışıqları dayandırmaq niyyətində deyilik. Bəli, danışıqlar hələlik uğura zəmanət vermir, amma bu, təslim olmaq demək deyil. Əsas məsələ odur ki, müharibə və sülh barədə qərar artıq Livan dövlətinin əlindədir".

Baş nazirin sözlərinə görə, Livan artıq regional güclər arasında münaqişə arenası olmayacaq.

Seçilən
18
teleqraf.com

1Mənbələr