AZ

Onun gəlişi səbəbindən İstanbul metrosu iflic oldu

İstanbul metrosu amerikalı reper Kanye Uestin Atatürk Olimpiya Stadionunda keçiriləcək konserti ilə əlaqədar iflic olub. Hazırda şəhər metrosu tam gücü ilə işləyir.

Publika.az xəbər verir ki, bu bardə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, 120 minə yaxın tamaşaçının gözlənildiyi tədbirlə bağlı şəhərin nəqliyyat sistemində gərginlik müşahidə olunur.

Məlumata görə, artıq saat 17:00-dan etibarən M9 və M3 metro xətlərində vaqonlara daxil olmaq çətinləşib. Konsertin keçiriləcəyi Atatürk Olimpiya Stadionuna birbaşa çıxışı olan M9 xətti də daxil olmaqla, hər iki xətt konsert bitənədək gecə boyu fəaliyyət göstərəcək. Qatar intervalları 10 dəqiqə olaraq müəyyən edilsə də, stadion ətrafındakı yollarda ciddi tıxaclar yaranıb.

Seçilən
5
publika.az

1Mənbələr