ain.az bildirir, Bakupost portalına istinadən.
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan bildirib ki, Avropa İttifaqı ilə sıx əməkdaşlığa baxmayaraq Gürcüstan Aİ bazarında indiyədək şərab satışında uğur qazana bilməyib.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, bu fikri Spitakda keçirilən seçki kampaniyası zamanı səsləndirib.
Çarukyanın sözlərinə görə, Ermənistanın Avropa İttifaqı bazarına çıxış imkanları da məhduddur. Eyni zamanda, Rusiya ilə münasibətlərin pisləşməsi ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər.
O, hökuməti mövcud problemlərə görə məsuliyyət daşımağa və onların həlli istiqamətində addımlar atmağa çağırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.