Çin Avropa İttifaqının (Aİ) azad ticarət və bazar rəqabəti qaydalarına riayət etməsini gözləyir.
Azreform.info , bu barədə Çinin Ticarət Nazirliyinin bəyanatında bildirilir.
"Çin ümid edir ki, Avropa İttifaqı ÜTT qaydalarına riayət edəcək, azad ticarət və ədalətli rəqabət prinsiplərini qoruyacaq, qəti şəkildə proteksionizm və birtərəfliliyə qarşı çıxacaq", - bəyanatda deyilir.
Nazirlik həmçinin qeyd edib ki, Çin və Aİ arasında rabitə kanalları açıq olaraq qalır.