AZ

Təl Əvivdə hökumətə qarşı kütləvi etiraz aksiyası keçirilib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsrailin Təl-Əviv şəhərində şənbə axşamı hökumət əleyhinə kütləvi aksiya başlayıb. Şəhərin mərkəzindəki Teatr meydanına yüzlərlə etirazçı toplaşıb.

Bizimyol.info xəbər verir ki, Aksiya iştirakçıları Baş nazir Benyamin Netanyahu hökumətinin istefasını, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini və 2023-cü il 7 oktyabr hadisələri ilə bağlı dövlət istintaq komissiyasının yaradılmasını tələb ediblər.

Şəhər meydanı ətrafında çoxsaylı polis qüvvələri yerləşdirilib. Aksiya əvvəlcədən razılaşdırıldığı üçün insident və qarşıdurma qeydə alınmayıb.

Qeyd edək ki, 2023-cü il 7 oktyabrda Qəzza zolağından “HƏMAS” silahlı dəstələri İsrail ərazisinə hücum etmiş, sərhəd bölgələrində mülki şəxslərin öldürülməsi və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnmişdi. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlamışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
bizimyol.info

1Mənbələr