AZ

Zelenski xüsusi müşavirə keçirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin növbəti addımları ilə bağlı xüsusi müşavirə keçirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında paylaşım edib.

Müşavirədə Prezident Ofisinin rəhbəri, energetika naziri Denis Şmıqal və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov iştirak ediblər. Zelenskinin sözlərinə görə, görüşdə hava hücumundan müdafiə sistemlərinin tədarükü, dronların istehsalı və təchizatı ilə bağlı ikitərəfli sənədlər, eləcə də bir neçə formatda keçiriləcək görüşlərə hazırlıq məsələləri müzakirə olunub.

"Biz vacib danışıqlara hazırlaşırıq – hələlik ictimai təfərrüatlar olmadan", - deyə Ukrayna prezidenti qeyd edib.

O, həmçinin əsir mübadiləsinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb və ölkənin enerji sektoruna dəstək üçün yeni qərarların hazırlanacağını anons edib.

Seçilən
20
publika.az

1Mənbələr