AZ

Selə düşən şəxsin xilas edilmə ANLARI - VİDEO

Naxçıvanda çayda selə düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.

Məlumata əsasən, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Seçilən
15
13
musavat.com

10Mənbələr