AZ

PSJ yenə çempionlar çempionudur!

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

PSJ yenə çempionlar çempionudur!

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.

QOL.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.

30 may

UEFA Çempionlar Liqası

Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)

Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)

Baş hakim: Daniel Zibert (Almaniya)

"Puşkaş Arena"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
5
qol.az

9Mənbələr