ABŞ prezidenti Donald Trampın sağlamlıq vəziyyəti ilə bağlı yayılan söz-söhbətlərdən sonra Ağ Ev onun tibbi müayinəsinin nəticələrini açıqlayıb.
Musavat.com xəbər verir ki, həkimlər Trampda ayaqlarda yüngül ödem müşahidə olunduğunu təsdiqləyiblər.
Əllərindəki göyərmələrin isə tez-tez əl sıxması və aspirin qəbul etməsi ilə əlaqədar yarandığı bildirilib.
Məlumata görə, ABŞ prezidenti koqnitiv testdə mümkün olan maksimum nəticəni – 30 baldan 30 bal toplayıb.
Donald Tramp özü müayinənin nəticələrini “Hər şey əladır” sözləri ilə qiymətləndirib.
Yekun rəyə əsasən, 79 yaşlı ABŞ prezidenti dövlət başçısı vəzifəsini icra etmək üçün tam yararlı hesab olunur.
Musavat.com