Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu, rusiyalı Yevgeni Plyuşenko oğlu Aleksandrın Azərbaycan milli komandasına keçidi ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, Plyuşenko bu barədə özünün "Telegram" kanalında yazıb.
O, gənc fiqurlu konkisürənə göstərilən dəstəyə görə bütün idman dünyasına təşəkkür edib. Eyni zamanda Aleksey Yaqudinin Azərbaycan idman vətəndaşlığını qəbul edən Aleksandra ünvanladığı sözlərə reaksiya bildirib.
"Aleksey Yaqudin Plyuşenkoya azarkeşlik edəcək! Əslində, mənim üçün çox vacib idi ki, bütün idman dünyası oğlumu dəstəkləsin. İdman karyerası qısa, çətin və proqnozlaşdırılmazdır.
Mənim kimi 31 yaşında Olimpiadada çıxış edən "dinozavrları" artıq tapmaq da olmur, ortaya çıxarmaq da. Alekseyə və bu məsələyə idman prizmasından baxan, böyük idmanda yoluna yeni başlayan 13 yaşlı oğlana şans kimi yanaşan hər kəsə çox minnətdaram", - deyə Plyuşenko yazıb.
Qeyd edək ki, Mayın 21-də 13 yaşlı Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycanı təmsil edəcəyi bildirilib.