AZ

ABŞ İrana gedən gəmini raketlə vurdu – əməliyyatın detalları açıqlandı

ABŞ hərbi qüvvələri Oman körfəzində İran limanına doğru hərəkət edən yük gəmisinə qarşı əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, Qambiya bayrağı altında üzən “Lian Star” adlı yük gəmisi beynəlxalq sularda İran istiqamətində hərəkət edərkən izlənilib.

Bildirilib ki, gəmi heyətinə ABŞ tərəfindən tətbiq olunan blokadanın pozulduğu barədə 20-dən çox xəbərdarlıq edilib. Lakin gəmi bu çağırışlara əməl etməyib.

CENTCOM-un açıqlamasına əsasən, bundan sonra ABŞ-a məxsus hərbi təyyarə gəminin mühərrik bölməsinə Hellfire raketi ilə zərbə endirib. Nəticədə gəmi hərəkətsiz vəziyyətə salınıb.

Qurumun məlumatında qeyd olunur ki, “Lian Star” artıq İran istiqamətində hərəkətini davam etdirmir.

Musavat.com

Seçilən
36
16
musavat.com

10Mənbələr