PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qalibi olmaqlarından danışıb.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi turnirin finalında "Arsenal"ı (1:1, penaltilər seriyası - 4:3) üstələyib. Enrike görüşdən sonra deyib:
"Çox güclü bir komandanı məğlub etdik. Matç gərgin keçdi. Belə olacağı məlum idi. Qalibiyyətin sirri daim çalışmaqdır. Əvəzetmələr həlledici idi: Qonsalo, Beraldo, Bredli, Uorren... Onlar oynamağa layiq idilər, amma düzgün futbolçuları seçmək çox çətin idi".
Qeyd edək ki, PSJ tarixdə ardıcıl iki mövsüm Çempionlar Liqasını qazanan 2-ci klub olub.