AZ

PSJ elə bir təklif etdi ki, Madrid nəhəngi "yox" deyə bilməyəcək

Fransanın "Paris Sen-Jermen" klubu yay transfer pəncərəsində heyətini dünya səviyyəli ulduzla gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi rənglərinə bağlamaq üçün astronomik bir təklif hazırlayıb.

Fransa çempionu argentinalı forvardın transferi müqabilində İspaniya klubuna 120 milyon avro nağd pulla yanaşı, həm də iki futbolçu təklif edir.

Paytaxt təmsilçisi 26 yaşlı ulduz oyunçunu razı salmaq üçün maliyyə şərtlərini də maksimuma çatdırıb. Belə ki, Paris klubu dünya çempionuna komandanın digər ulduzu Usman Dembele ilə eyni miqdarda – illik 22 milyon avro maaş vəd edir.

Seçilən
3
1
fanat.az

2Mənbələr