AZ

"Real Madrid"in ulduzu 120 milyona satışa çıxarılır

İspaniya nəhəngi "Real Madrid"in düşərgəsində gözlənilməz gərginlik baş qaldırıb və bu hadisə klub daxilində ciddi narahatlığa səbəb olub.

Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi və məşqçilər heyəti komandanın aparıcı yarımmüdafiəçiləri Federiko Valverde ilə Aureliyen Çuameni arasındakı münasibətləri ciddi şəkildə nəzarətə götürüb.

Buna səbəb iki ulduz futbolçunun son məşq prosesi zamanı bir-biri ilə kəskin şəkildə mübahisə etməsi və aralarında qarşıdurmanın yaşanmasıdır. Əgər ulduz oyunçular arasındakı münasibətlər düzəlməsə və onların birlikdə çıxış etməsi qeyri-mümkün hesab olunsa, klub rəhbərliyi kəskin addım atacaq.

Belə olacağı təqdirdə, "kral klubu" ulduz uruqvaylı Valverde ilə yolları ayırmağa hazırlaşır və onun yay transfer pəncərəsində təxminən 120 milyon avro qarşılığında satışa çıxarılması planlaşdırılır. Hazırda Avropanın bir neçə nəhəng klubu, xüsusilə Premyer Liqa təmsilçiləri ulduz yarımmüdafiəçinin ətrafında yaranan bu gərgin vəziyyəti yaxından təqib edirlər.

Seçilən
6
1
fanat.az

2Mənbələr