AZ

Stalinin şərab anbarı açıldı: minlərlə nadir şüşə hərraca çıxarılacaq

Gürcüstanda vaxtilə İosif Stalinə məxsus olmuş nadir şərab kolleksiyası ictimaiyyətə təqdim edilib.

Musavat.com xəbər verir ki, Tiflisdə açılan ilk şərab anbarında təxminən 40 min ədəd nadir fransız və gürcü şərab şüşəsi saxlanılır.

Məlumata görə, kolleksiyadakı bəzi şüşələrin yaxın vaxtlarda hərraca çıxarılması planlaşdırılır.

Kolleksiyada vaxtilə Rusiya imperatoru III Aleksandr və onun oğlu II Nikolaya məxsus olmuş, Bordo bölgəsinin ən məşhur şərab təsərrüfatlarından əldə edilən nümunələr də yer alır.

Gürcüstan hökuməti hərracdan əldə olunacaq vəsaiti ölkədə şərabçılıq üzrə təhsil məktəbinin yaradılmasına yönəltməyi planlaşdırır.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr