AZ

"Milyarder olsam da, bu qadın mənə baxmaz" deyirdi, 3 uşaqları var

Dünyanın ən çox qazanan modellərindən olan Miranda Kerr və texnologiya milyarderi Evan Şpigel evliliklərinin doqquzuncu ildönümünü qeyd edirlər. İlk baxışdan hər şeyin pulla həll olunduğu düşünülsə də, Şpigel üçün məşhur modelin qəlbini qazanmaq heç də asan olmayıb.

Cütlük ilk dəfə bir şam yeməyində tanış olsa da, münasibətlərin başlaması üçün aylar lazım gəlib. Evan Şpigel qonaq olduğu proqramların birində etiraf edib ki, həmin dövrdə Mirandanın ona qarşı nəsə hiss edəcəyinə ümidi olmayıb. Milyarder iş adamı "Bu gözəl qadın mənə baxmaz" deyə düşünərək qəlbinin qırılmasından qorxub. Hətta Şpigelin yazdığı mesajlara model aylar sonra cavab verib.

2017-ci ildə cəmi 45 nəfərin iştirakı ilə sadə bir toy edən cütlük indi üç oğul övladı böyüdür. Mirandanın aktyor Orlando Blumla olan ilk nikahından da bir oğlu var. Doqquz illik xoşbəxtliklərini sosial mediada paylaşan Kerr həyat yoldaşına sevgisini bir daha nümayiş etdirib. Şpigel isə həyat yoldaşının illərdir medianın diqqət mərkəzində olmasına baxmayaraq, bu gərginliyi böyük nəzakətlə idarə etməsinə heyran qaldığını gizlətmir.

İsmayıl
Demokrat.az
Seçilən
35
1
demokrat.az

2Mənbələr