AZ

ABŞ qoşunların Avropa ölkələrindən çıxarılmasını sürətləndirir - KİV

ABŞ qoşunların Avropa ölkələrindən çıxarılmasını sürətləndirməyi planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Almaniyanın "Welt am Sonntag" qəzeti Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Amerika tərəfi yaxın həftələrdə NATO müttəfiqlərinə bu məsələ ilə bağlı təkliflər təqdim edəcək.

Qəzetin mənbəsi bildirib ki, qoşunların çıxarılması ABŞ-ın eyni anda bir neçə münaqişə ilə üzləşməsi halında zəruridir.

"Əgər nəticədə özümüzü daha az gərgin vəziyyətdə tapsaq, bu, bizə əlavə rahatlıq verəcək", mənbə bildirib.

May ayının əvvəlində ABŞ Almaniyadan 5000 əsgərin çıxarılması planlarını açıqlayıb. Pentaqon geri çəkilmə prosesinin altı aydan bir ilə qədər davam edəcəyini bildirib. Prezident Donald Tramp kontingentin daha da azaldılacağını açıqlayıb. Reuters qeyd edir ki , Almaniyada ümumilikdə 35.000 Amerika əsgəri yerləşdirilib ki, bu da digər Avropa ölkələrindən daha çoxdur.

Elvin

Ölkə.az.

Seçilən
44
3
olke.az

4Mənbələr