AZ

NASA: ABŞ-nin üzərində meteorit partlayışının gücü 300 ton trotil gücünə bərabər olub

Bakı, 31 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) səmasında meteorit partlayışı baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) məlumat yayıb.

Bildirilib ki, alov topu saatda təxminən 120,700 kilometr sürətlə hərəkət edib və Massaçusetsi ştatının şimal-şərqi ilə Nyu-Hempşirin cənub-şərqi üzərində 64,3 kilometr yüksəklikdə parçalanıb. Bu zaman yayılan enerjinin təxminən 300 ton trotil gücünə bərabər olduğu təxmin edilir.

NASA-nın məlumatına görə, Yer atmosferinə daxil olan obyekt təbii mənşəlidir.

Seçilən
38
5
azertag.az

6Mənbələr