Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya Ukraynanın dronla Zaporojye AES-in 6-cı enerji blokunun maşın zalını vurması barədə iddiaları ilə ölkəni nüfuzdan salmağa və öz cinayətlərini gizlətməyə çalışır.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin bəyanatında bildirilib.
Məlumata görə, Zaporojye AES quru döyüş xəttindən təxminən 50 km məsafədə yerləşir, nəzarətdə olan Ukrayna ərazisində stansiyaya ən yaxın şəhər olan Nikopol isə keçmiş Kaxovka su anbarının digər tərəfində, ən azı 10 km uzaqlıqda yerləşir:
“Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında belə uzaq məsafəyə uça bilən optik liflə idarə olunan pilotsuz aparat yoxdur. Həmçinin 5–6 kq ağırlığında kumulyativ döyüş başlığına malik dronlar da yoxdur. Çünki Rusiya tərəfinin bəhs etdiyi ölçüdə dəlik açmaq üçün məhz belə güc tələb olunur. Bundan əlavə, işğalçı qüvvələr Zaporojye AES ətrafında çoxsəviyyəli tüstü pərdəsi qurublar və aparatın bunun içindən görünmədən keçməsi fiziki olaraq mümkün deyildi”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.