AZ

Enrikedən çempionluq şərhi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Enrikedən çempionluq şərhi

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qalibi olmaqlarından danışıb.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi turnirin finalında "Arsenal"ı (1:1, penaltilər seriyası - 4:3) üstələyib. Enrike görüşdən sonra deyib: 

"Çox güclü bir komandanı məğlub etdik. Matç gərgin keçdi. Belə olacağı məlum idi. Qalibiyyətin sirri daim çalışmaqdır.  Əvəzetmələr həlledici idi: Qonsalo, Beraldo, Bredli, Uorren... Onlar oynamağa layiq idilər, amma düzgün futbolçuları seçmək çox çətin idi".

Qeyd edək ki, PSJ tarixdə ardıcıl iki mövsüm Çempionlar Liqasını qazanan 2-ci klub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
qol.az

2Mənbələr