AZ

Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi

Rusiyada həkim-seksoloq vəzifəsi ləğv edilir.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bu dəyişiklik Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən tibbi və əczaçılıq vəzifələri nomenklaturasında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, 2026-cı il sentyabrın 1-dən etibarən seksoloqlar tibbi ixtisaslar siyahısından çıxarılacaq. Onların funksiyalarının digər, daha geniş sahələrə ötürülməsi planlaşdırılır. Bununla yanaşı, ölkədə rəsmi olaraq "sağlam uzunömürlülük həkimi" və "nutrisioloq" kimi yeni ixtisaslar tətbiq olunacaq.

Eyni zamanda, sentyabrın 1-dən etibarən həkim-diabetoloq, həkim-laborant, diş həkimi, şəhər pediatrları, sahə psixiatr-narkoloqları, yeniyetmə psixiatrları, feldşer-narkoloqlar və bir sıra digər mütəxəssislərin işə qəbulu dayandırılacaq. 2028-ci il sentyabrın 1-dən isə həkim-bakterioloq, həkim-virusoloq və həkim-parazitoloqların işə götürülməsinə son veriləcək.

Seçilən
46
40
publika.az

10Mənbələr