AZ

Zelenski: Kiyevə kütləvi hücum hələ də mümkündür, Qərb Rusiyaya xəbərdarlıq edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Qərb tərəfdaşları Rusiya ilə Kiyevə kütləvi hücum planları ilə bağlı “tərbiyəvi söhbət” aparıblar. Buna baxmayaraq, bu, aqressoru dayandırmaq üçün kifayət etmir.

Bizimyol.info xəbər verir ki, Zelenski axşam müraciətində Ukrayna vətəndaşlarını diqqətli olmağa çağırıb: “Kəşfiyyat məlumatlarına görə, Kiyevə kütləvi zərbə ehtimalı hələ də aktualdır. Tərəfdaşlarımız bununla bağlı ruslarla danışıb, amma Moskvada kiminsə ağıllı qərar verəcəyinə ümid etmək olmaz”, - deyə o bildirib.

Prezident qeyd edib ki, Müdafiə Qüvvələrinin bütün bölmələri mümkün hücuma hazırdır: “Düşmənin “Şahid” dronlarının vurulma faizi sabit olaraq 90-93%-dir. PUSL proqramına yeni göndərişlər üçün tərəfdaşlarla işləyirik və raket əldə etmək üçün digər yollar axtarırıq. Yardım göstərən hər kəsə təşəkkür edirəm”, - deyə qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Rusiya Kiyevə “sistemli hücumlar” keçirməyi planlaşdırdığını açıqlayıb və xarici nümayəndəlikləri şəhəri tərk etməyə çağırmışdı. Kəşfiyyat məlumatlarına görə, yaxın günlərdə Ukraynaya dronlar, qanadlı və ballistik raketlər vasitəsilə genişmiqyaslı kombinə edilmiş zərbə endirilə bilər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
bizimyol.info

1Mənbələr