AZ

Bu Avropa nəhəngi transferlərə 345 milyon avro xərcləyəcək

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Mançester Yunayted" yay transfer pəncərəsində böyük səs-küy salmağa hazırlaşır.

Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın yenidən iddialı mövqeyə qayıtması üçün baş məşqçiyə ağlasığmaz maliyyə vəsaiti ayırıb.

"Qırmızı şeytanlar"ın cari yay transfer dövrü üçün nəzərdə tutulan ümumi büdcəsinin düz 345 milyon avro olduğu məlum olub. Bu nəhəng məbləğ klub tarixinə bir transfer pəncərəsində xərclənəcək ən böyük büdcələrdən biri kimi düşməyə namizəddir.

Son illərdə həm daxili çempionatda, həm də Avropa arenalarında azarkeşlərini məyus edən Mançester təmsilçisi, bu vəsaitlə heyətin bütün zəif nöqtələrini dünya səviyyəli ulduzlarla gücləndirməyi planlaşdırır.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
fanat.az

2Mənbələr