AZ

Asiyada yeni estetik çılğınlıq: "Elf qulaqları" trendə çevrilir

Cənubi Koreya başda olmaqla, Asiyada "Elf qulağı" estetik proseduruna maraq sürətlə artır. Qulaqların daha qabarıq görünməsinə imkan verən dolğu və lent tətbiqlərinin xüsusilə də üzü daha kiçik və daha mütənasib göstərdiyinə inanılır və bu səbəbdən şəbəkələrdə yeni gözəllik trendinə çevrilib.

 

Bu barədə Moderator.az "Hürriyet"ə istinadən xəbər verir.

 

Məlumata görə, trend Çin, Yaponiya və Cənubi Koreyada yayılıb. Lakin ən uzunmüddətli təsirini Cənubi Koreyada göstərib.

 

Prosedur zamanı qulaq qığırdağının müəyyən bölgələrinə hialuron turşusu dolğusu inyeksiya edilir. Beləliklə də qulaqlar daha dik, daha qabarıq və üzün hər iki tərəfində daha nəzərəçarpan hala gəlir.

 

Cənubi Koreyanın Daequ şəhərində çalışan plastik cərrah bəzi günlərdə 20-yə qədər "Elf qulağı" inyeksiyası etdiyini bildirib.

 

Həkimin sözlərinə görə, prosedur sürətli şəkildə həyata keçirilir və nəticələr qısa müddətdə nəzərə çarpır. Bu səbəbdən də prosedur artıq yalnız gözəllik deyil, həm də yaşlanmağa qarşı kiçik toxunuşlar arasında da yer alır.

 

Trend böyüdükcə daha az müdaxilə tələb edən variantlar da ortaya çıxıb. Dolğu inyeksiyaları ilə yanaşı, qulaqların arxasına yerləşdirilən xüsusi lentlər də populyarlaşıb. Bu lentlər qulaqları müvəqqəti olaraq önə doğru itələyərək, oxşar görünüş yaradır.

 

Mütəxəssislərin fikrincə, "Elf qulaqları" trendini sadəcə qulaq problemi kimi görmək doğru olmazdı. Burada əsl məqsəd üzü daha kiçik və daha balanslı göstərməkdir.

Seçilən
50
1
moderator.az

2Mənbələr