AZ

Axios: “Tramp İranla razılaşma layihəsində dəyişikliklər tələb edib”



ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən qapalı iclasda İranla mümkün razılaşma layihəsinə bir sıra dəyişikliklərin edilməsini tələb edib. Bu barədə Axios ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Tramp razılaşmanın tezliklə yekunlaşacağına ümid etsə də, xüsusilə İranın nüvə materiallarının taleyi və Hörmüz boğazının açılması ilə bağlı müddəaların daha dəqiq və sərt şəkildə formalaşdırılmasını istəyir. ABŞ rəsmilərinin sözlərinə görə, prezident İranın zənginləşdirilmiş uran ehtiyatlarının necə və nə vaxt təhvil veriləcəyi ilə bağlı daha konkret öhdəliklərin sənədə daxil edilməsində israr edir. Tramp yalnız ABŞ-ın maraqlarına uyğun olan, onun "qırmızı xətlərini" təmin edən və İranın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını alan bir razılaşmanı imzalayacaq. İRADƏ
Seçilən
71
baki-xeber.com

1Mənbələr