Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında münaqişənin həlli ilə bağlı danışıqlar yavaş gedir.
Day.Az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə bildirib.
"Biz yavaş-yavaş istədiyimizə nail oluruq. İranlılar sərt danışıqlar aparanlardır. Bu, uzun müddət çəkir", - deyə o vurğulayıb.