AZ

Qardaş ölkədə dəhşətli qəza: Yeddi nəfər öldü, onlarla yaralı var

Türkiyənin cənubundakı Dənizli vilayətində baş verən şəhərlərarası avtobus qəzasında yeddi nəfər ölüb, 30 nəfər yaralanıb.

Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, avtobus İzmirdən Antalyaya gedirmiş. Qəza Dənizli-Aydın avtomobil yolunda, Saraköy kəndi yaxınlığında baş verib və hələlik məlum olmayan səbəblərdən avtobus səkiyə çırpılaraq alovlanıb.

Hadisə yerinə təcili yardım maşınları, xilasetmə qrupları və yanğınsöndürənlər göndərilib. Polis hadisənin səbəbini və şəraitini araşdırır.

Avtobusda 37 Türkiyə vətəndaşı olub.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr