AZ

Əfsanəyə vida: ABŞ ın ən qədim təyyarədaşıyan gəmisi sonuncu xarici səyahətinə çıxır

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Hərbi Dəniz Qüvvələrində öz sinfinin ən qədim aktiv gəmisi olan Amerikanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi USS Nimitz (CVN-68) istismardan çıxarılmazdan əvvəl sonuncu xarici liman səfərini edəcək.

Moderator.az Forbes - ə istinadla xəbər verir ki, gəmi iyunun 1-də Yamaykanın Kinqston şəhərinə çatacaq və orada "Cənubi Dənizlər 2026" dənizçilik əməkdaşlığı proqramının bir hissəsi olaraq beş gün keçirəcək .

1975-ci ilin may ayında istismara verilən aviadaşıyıcı son döyüş yerləşdirilməsini 2025-ci ilin sonunda başa çatdırdı. Təxminən 52 illik xidmətdən sonra onun 2027-ci ilin mart ayında istismardan çıxarılması planlaşdırılır.

Nimitz gəmisi bu yaz Virciniya ştatının Norfolk şəhərindəki yeni əsas limanına keçid çərçivəsində Vaşinqton ştatının Bremerton şəhərindəki ana limanından yola düşüb. 

ABŞ-ın Yamaykadakı səfirliyinin məlumatına görə, Kingston, çox güman ki, əfsanəvi təyyarədaşıyan gəminin son xarici dayanacaq limanı olacaq. ABŞ-ın Yamaykadakı müvəqqəti işlər vəkili Skott Renner gəminin səfərini "iki ölkə arasında uzunmüddətli tərəfdaşlıqda mühüm mərhələ" adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
moderator.az

2Mənbələr