Serbiyalı baş məşqçi bugünlərdə Azərbaycana səfər edib.
Onun gəlişi «Kəpəz» rəhbərliyinin dəvəti əsasında gerçəkləşib.
Hələlik adı gizli saxlanılan balkanlı mütəxəssis Bakıya təşrif buyururaq, «sarı-göylər»in yönətimi ilə görüş keçirib.
Tərəflər mümkün əməkdaşlığın perspektivini və şərtlərini müzakirə edib, daha sonra əcnəbi çalışdırıcı Gəncəyə üz tutub, şəraitlə tanış olub.
Klubdan aldığımız məlumata görə, hələlik son seçim edilməyib. Başbilənlər bir neçə nəfərin namizədliyini gözdən keçirir.
Siyahıda həm yerli, həm də xarici məşqçilər yer alıb. Yekun qərarın iyunun ilk 10 günü ərzində verilməsi gözlənilir.
Azər Bağırov ötən ilin oktyabrından bu ilin mayınadək «Kəpəz»in başında dayanıb.
Komandanı Premyer Liqada saxamaq tələbinin öhdəsindən gələn çalışdırıcı müqavilə müddətini uzatmaq üçün bir şərt irəli sürüb - maaşımı artırın.
İstəyi gözlədiyi səviyyədə yerinə yetirilmədiyi üçün o, «Şamaxı»nın yolunu tutub.
SPORTİNFO.AZ