AZ

Uşaqları sosial şəbəkələrdə necə qorumalı?

Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib. Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər. Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır.

Bəs sosial şəbəkələrin təhlükəli tərəflərindən uşaqları necə qorumalıyıq?

Qeyd edək ki, bir çox sosial şəbəkələrdə istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq olunur.

Publika.az xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadənin Azad Azərbaycan Televiziyasına (ATV) dediyinə görə, uşaqlar sosial şəbəkələrdəki oyunlar və müxtəlif platformalar vasitəsilə tanış olduqları şəxslərlə bəzən şəxsi məlumatlarını paylaşır, hətta onlara şəkillərini göndərirlər.

"Bu məlumatlar sonradan şantaj və təhdid vasitəsi kimi istifadə oluna bilər", - deyə ekspert vurğulayıb.

Seçilən
17
2
publika.az

5Mənbələr