Hamilə halda konsert verdi, tamaşaçılar "üsyan etdi"
Tanınmış müğənni Melike Şahin hamiləliyinin son aylarında verdiyi konsertdə nümayiş etdirdiyi performansla tənqid hədəfinə çevrilib. Sənətçinin səhnədə nəfəs almaqda çətinlik çəkməsi izləyicilərin narazılığına səbəb olub.
Demokrat.az xəbər verir ki, bir müddət əvvəl hamilə olduğunu açıqlayan və buna baxmayaraq konsert proqramlarını təxirə salmayan müğənninin son çıxışı birmənalı qarşılanmayıb. Konsert zamanı Melike Şahinin mahnı ifa edərkən nəfəsinin kəsildiyi və səhnədə hərəkət etməkdə çətinlik çəkdiyi müşahidə olunub.
"Tamaşaçıya hörmətsizlikdir"
Sosial media istifadəçiləri və konsertə gedən bəzi dinləyicilər müğənninin bu vəziyyətdə səhnəyə çıxmasını tənqid ediblər. Narazı qalan izləyicilərdən biri sənətçinin performansını "hörmətsizlik" kimi qiymətləndirib:
"Bəli, hamiləsiniz, nəfəs almaqda çətinlik çəkə bilərsiniz. Lakin bu vəziyyətdə səhnəyə çıxıb mahnı oxuya bilməməyiniz tamaşaçıya hörmətsizlikdir".
Dinləyicilər qeyd edirlər ki, hamiləlik səbəbindən yaranan fiziki çətinliklər ifanın keyfiyyətinə ciddi təsir göstərib. Müzakirələrə səbəb olan çıxışdan sonra müğənninin konsert qrafikinə fasilə verib-verməyəcəyi maraq doğurur.
İsmayıl
Demokrat.az