AZ

Yaponiya şirkəti Fransada süni intellekt mərkəzlərinin tikintisinə 75 milyard avro ayırdı

BAKI, 31 may. TELEQRAF

Yaponiyanın "SoftBank Group" korporasiyası Fransada 5 giqavat gücündə süni intellekt mərkəzlərinin inşasına 75 milyard avroyadək investisiya yatırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Layihənin 2031-ci ilə qədər tamamlanması nəzərdə tutulan ilk mərhələsi üçün 45 milyard avro vəsait ayrılacaq. Bu çərçivədə ölkənin şimalındakı Dünkörk, Boskel və Buşen şəhərlərində 3,1 giqavat gücündə süni intellekt mərkəzləri tikiləcək.

Gələcəkdə digər bölgələrdə də əlavə obyektlərin inşası planlaşdırılır ki, bu da Fransanın Avropada yeni nəsil rəqəmsal infrastruktur mərkəzi kimi mövqeyini gücləndirəcək.

Qeyd edək ki, "SoftBank"ın Avropadakı bu ən böyük investisiya qərarı Fransa Prezidenti Emmanuel Makron ilə korporasiyanın təsisçisi Masayoşi Son arasındakı şəxsi danışıqlardan sonra qəbul edilib.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr