İşğal olunmuş Krımda mayın 31-dən etibarən yanacaq satışına məhdudiyyətlər tətbiq edilir.
Bizim.Media xəbər verir ki, regionun qondarma "rəhbəri" Sergey Aksyonovun verdiyi məlumata görə, AI-95 markalı benzin ilk növbədə kommunal və sosial təyinatlı nəqliyyat vasitələrinə, həmçinin talonla limitsiz həcmdə buraxılacaq.
AI-92 markalı benzinin satışı isə bir avtomobil üçün 20 litrlə məhdudlaşdırılıb, kanistrlərə yanacaq doldurulması isə qadağan edilib.
Aksyonovun sözlərinə görə, vəziyyət bir ay ərzində sabitləşməlidir.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta