sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Barselona" və "Əl-Hilal" arasında müdafiəçi Joao Kanselo ilə bağlı danışıqlar zamanı hücumçu Darvin Nunesin də transferi ilə bağlı söhbət olub. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Kataloniya klubu "Liverpul"un keçmiş hücumçusunun xidmətində maraqlıdır.
Mənbənin sözlərinə görə, "Barselona"nın əsas hədəfi Madrid "Atletiko"sunun hücumçusu Julian Alvares olaraq qalır. Lakin katalonlar ehtiyat hücumçu transfer etməyi düşünür.
Qeyd edək ki, Nunes Kərim Benzemanın qışda "Əl-Hilala" transferindən sonra əsas heyətdən kənarda qalıb. Uruqvaylı oyunçu son mövsümdə 24 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.